YUNANLAR HƏDLƏRİNİ AŞDILAR: “Çıxış yolu türkləri adadan çıxarmaqdır”
15-10-2018, 18:02
Cənubi Kipr Yunan Respublikasının Aralıq dənizində Şimali Kipr Türk Respublikasını hesaba almayaraq, başladığı təbii qaz axtarışı böhranını Yunanıstan parlamentinin sədri Demetris Silluris daha da kəskinləşdirməyə çalışıb. O, problemin Türkiyə ilə birlikdə həlli yolunu qəbul eləməyəcəyini bildirib.
Aralıq dənizinin şərqində Türkiyənin 572 illik enerji ehtiyacını ödəyə biləcək 3 trilyon dollarlıq təbii qaz ehtiyacı üzərində çirkin oyunlar getdiyi bir vaxtda Yunanıstandan Türkiyəyə qarşı təhrikedici çıxışlar səslənməkdədir.
Silluris, Cənubi Kiprin Yunanıstan ilə birlikdə Aralıq dənizinin şərqində yürütdüyü siyasəti dəstəkləyib, beynəlxalq müqavilələri və Kipr türklərini yox hesab edərək, bölgədə yeganə rəsmi dövlətin öz dövləti olduğunu bildirib və problemin Türkiyə ilə birlikdə həllinin yolverilməz olduğunu deyib. Parlament sədri buna səbəb olaraq 1974-cü il Kipr Sülh Hərəkatını göstərib, danışığını itirərək Türkiyəni “işğalçı” adlandırıb. O, 1974-cü il Sülh Hərəkatından əvvəl adadakı türklərə qarşı soyqırımı edildiyini unudaraq, həmin il Kiprin Türkiyə tərəfindən işğal edildiyini və Kipr türklərinin Türkiyə tərəfindən idarə edildiyini iddia edib.
Yunanların Aralıq dənizinin şərqində hüququ tapdalamasından bəhs etməyən Silluris gülünc bir açıqlama verib: “Məsələnin ən düzgün həlli Türkiyəni adadan tamamilə çıxarmaqdır”.
Hurriyyet.org