Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub

15-10-2018, 22:11           
Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub
Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olub.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi NTV telekanalı məlumat yayıb.
Bundan əvvəl sözügedən iş üzrə Türkiyə – Səudiyyə Ərəbistanı birgə işçi qrupu İstanbulun polis idarəsində ilk iclasını keçirib, daha sonra Səudiyyənin işçi qrupunun üzvləri konsulluğa daxil olub.
Qeyd edək ki, itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacağı bildirilmişdi.
Amerikanın “Washington Post” qəzetində icmalçı işləyən və 2017-ci ildən ABŞ-da yaşayan Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra itkin düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.