Hülusi Kılıç: Qarabağ uğrunda canımdan keçməyə hazıram

17-10-2018, 06:50           
Hülusi Kılıç: Qarabağ uğrunda canımdan keçməyə hazıram
"Ermənistan-Türkiyə sərhədi Azərbaycana görə bağlanıb".

“Report” "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Tokat şəhərində ADR-in yaranmasının 100 illiyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxışı zamanı deyib.

Azərbaycanı Respublika günü münasibəti ilə təbrik edən sabiq səfir, çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

"Ermənistan-Türkiyə sərhədini biz Azərbaycana görə bağlamışıq. Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur".

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hülusi Kılıç həmçinin həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib.

Bundan əvvəl ABŞ-ın İrəvandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru