Ərdoğan son sözünü söylədi: “BACARMIRSINIZSA, MEYDANDAN ÇIXIN”
17-10-2018, 21:15
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan ABŞ xarici işlər naziri Mayk Pompeo ilə görüşdükdən sonra rəsmi açıqlama verib.
Çavuşoğlu amerikalı həmkarı Pompeonun Menbiç məsələsində Amerika tərəfindən gecikmə olduğunu etiraf elədiyini bildirərək deyib: “İki ölkə arasında razılaşdırılmış yol xəritəsinin həyata keçirilməli olduğunu ABŞ tərəfinə bildirdik. Prezident Ərdoğan da deyib ki, əgər Amerika üçün çətindirsə, biz özümüz Menbiçi YPG-dən təmizləyərik”.