Türkiyəli müstəntiqlər Səudiyyə Ərəbistanının baş konsulunun iqamətgahında axtarış aparıblar

18-10-2018, 06:59           
Türkiyəli müstəntiqlər Səudiyyə Ərəbistanının baş konsulunun iqamətgahında axtarış aparıblar
Türkiyəli müstəntiqlər itkin düşmüş jurnalist Camal Qaşıqçının işin araşdırılması çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun iqamətgahında axtarış prosedurunu başa çatdırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, axtarış prosesi doqquz saatdan çox davam edib. Axtarışlar çərşənbə axşamı, oktyabrın 16-da aparılmalı idi. Lakin Səudiyyə Ərəbistanı ilə rəsmi razılığın olmamasına görə türkiyə kriminalistləri binaya buraxmayıblar.

Xatırladaq ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı binasına daxil olub və bundan sonra itkin düşüb. Sonradan CNN telekanalı bildirib ki, jurnalist öldürülüb. Bundan sonra isə onun cəsədi baş konsulluğun binasında hissələrə ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru