Jurnalist polisi təhqir etdi - Onu 4 ilədək həbs gözləyir

24-10-2018, 08:42           
Jurnalist polisi təhqir etdi - Onu 4 ilədək həbs gözləyir
"Avtomobilim orada xəstə gözləyir, insan olsanız, anlayarsınız"

Xəbər verildiyi kimi jurnalist Fatih Altahlı öz avtomobili İstanbulun Nişantaşında park edən zaman polislə mübahisə edib. Bu olay İstanbulun Baş Prokurorluğu tərəfindən araşdırılıb və jurnalist haqda 1.8 ildən 4.4 ilədək həbs tələbi ilə iddianamə hazırlanaraq İstanbulun Asliye Cəza Məhkəməsinə göndərilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlə polis məmurunun insidentinin oktyabr ayının 16-da saat 11.30 radələrində baş verdiyi deyilir.

Bəli ki, içərisində çəkiliş qrupunun olduğu avtomobili sürücü Kenan Güngör İpekçi küçəsində qadağan olan ərazidə saxlayıb. Polis məmuru Abdullah Kesercioğlu həmin vaxt ərazidə xidmət edirmiş. O, sürücüyə "Burda saxlamaq olmaz" sözləri bildirib. Qarşı tərəf isə cavabında "Avtomobil jurnalist Fatih Altaylıya məxsusdur, cəza yaza bilməzsən" deyib.

Altaylı isə polisə bu sözləri bildirib: "Avtomobilim orada xəstə gözləyir, insan olsanız, anlayarsınız".

Daha sonra onlar arasında mübahisə qızışıb və nəticədə jurnalist haqda iddianamə hazırlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.