“AKP-MHP birliyini onlar pozdu” - Baxçalının sözçüsü adbaad sadaladı
24-10-2018, 16:28
Dövlət Baxçalının mətbuat katibi Yıldıray Çiçək məqalə yazıb AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalının mətbuat katibi və “Türkgün” qəzetinin yazarı Yıldıray Çiçək yazdığı məqalədə AKP-MHP ittifaqının pozulmasının səbəblərini açıqlayıb.
O, buna görə, Bülənt Arınc, Bəkir Bozdağ, Əhməd Davudoğlu, Numan Qurtulmuş və Ömər Çeliki ittiham edib.
Y.Çiçək yazısında adı çəkilmiş şəxsləri keçmişdə FETÖ və PKK-ya xidmət etməklə təqsirləndirib.
Mətbuat katibi onların AKP-MHP ittifaqını istəməmələri, MHP-ni heç sevməmələrini dilə gətirib.
O, Numan Qurtulmuşun “MHP ilə ittifaq qursaq, kürdlərin səsini qazana bilmərik” ifadəsi ilə fitnəni zəfərə daşıdığını yazıb.
İki partiyanın arasının pozulması üçün dəfələrlə çalışdıqlarını iddia etmiş Yıldıray Çiçək onların bunu axır ki, bacardıqlarını qeyd edib.