Məşhur siyasətçi eynək oğurlayarkən yaxalandı

10-01-2019, 22:05           
Məşhur siyasətçi eynək oğurlayarkən yaxalandı
Məşhur italiyalı siyasətçi Françesko Giannuzi Atatürk Hava Limanında eynək oğurlayarkən yaxalanıb.

Axar.az xəbər verir ki, həyat yoldaşı ilə birgə Dubaydan ölkəsinə İstanbula eniş reysi ilə qayıdan Giannuzi elə aeroportda mağazalardan birində 185 avroluq eynəyin pulunu ödəmədən oradan çıxıb və ayaqyoluna gedib.

Ardınca mağaza sahiblərinin polisə məlumat verməsindən sonra siyasətçi saxlanılıb.

İtaliyalı şəxs səhvini etiraf edib və unutqanlıq səbəbindən eynəyin ödənişini etmədiyini, üstəlik həmin eynəyi də ayaqyolunda unutduğunu bildirib.

Daha sonra Giannuzi 50 min türk lirəsi miqdarında cərimə ilə sərbəst buraxılıb.

Olay barədə İtaliyanın İstanbul Baş konsulluğuna da məlumat verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru