Qardaş ölkə MEYDAN OXUDU: 80 min əsgər ƏMR GÖZLƏYİR

14-01-2019, 09:24           
Qardaş ölkə MEYDAN OXUDU: 80 min əsgər ƏMR GÖZLƏYİR
Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıqlar böyük ölçüdə tamamlanıb.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, 80 min hərbçi hücum əmrini gözləyir.

Bu rəqəm, 1974-cü ildə Kipr əməliyyatında iştirak edən hərbi qüvvədən iki dəfə çoxdur. Türkiyə Cümhuriyyəti tarixində ən böyük əməliyyat Şanlıurfa və Kilis vilayətlərindən idarə olunacaq. “Mehmetcik” eyni anda 10-dan çox nöqtədən hücuma keçəcək.

Hədəf təxminən 30 min kvadrat kilometr ərazini terror təşkilatlarından təmizləyərək “terror dəhlizi” təhdidini tamamilə aradan qaldırmaqdır.

Qeyd edək ki, Türkiyənin əməliyyata hazırlıqları tamamlaması əməliyyatın əleyhinə olan ABŞ-a meydan oxuması anlamına gəlir. Xatırladaq ki, Donald Tramp Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə vurulacağını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.