“Suriya ilə sərhəddə yaradılacaq təhlükəsizlik zolağına Türkiyə nəzarət edəcək” –Ərdoğanın sözçüsü

15-01-2019, 21:47           
“Suriya ilə sərhəddə yaradılacaq təhlükəsizlik zolağına Türkiyə nəzarət edəcək” –Ərdoğanın sözçüsü
“Türkiyənin məqsədi İdlibdə əhalinin təhlükəsizliyini təmin etməkdir”.

Bunu Ankarada hökumətin iclasından sonra keçirilən mətbuat konfransı zamanı Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Terrorla və terror qrupları ilə mübarizəni davam etdirəcəklərini bildirən İ.Kalın Suriyanın İdlib əyalətində də başlıca məqsədlərinin yerli əhalinin təhlükəsizliyini təmin etmək olduğunu diqqətə çatdırıb. Onun dediyinə görə, Suriyanın sərhədində yaradılacaq təhlükəsizlik zolağına nəzarət Türkiyənin əlində olacaq.

Yanvarın 23-də Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya birgünlük səfərə gedəcəyini qeyd edən sözçü aparılacaq danışıqlarda, əsasən, ABŞ hərbçilərinin Suriyadan çıxmasından sonra həmin ölkədəki vəziyyəti Rusiya ilə əlaqələndirməklə tənzimləmək, habelə ikitərəfli münasibətlərin müxtəlif məsələlərinin müzakirə olunacağını bildirib.

Rusiyadan “S-400” raket sistemlərinin satın alınmasına toxunan İ.Kalın bildirib ki, bizim üçün “S-400”ləri almaqla “Patriot” raketləri almaq arasında hər hansı əlaqə mövcud deyil/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru