Özbəkistan ilə Almaniya arasında 4 milyard dollarlıq ANLAŞMA

16-01-2019, 07:43           
Özbəkistan ilə Almaniya arasında 4 milyard dollarlıq ANLAŞMA
Berlində keçirilən biznes forumda Özbəkistan və Almaniya 4 milyard dollarlıq layihələrin həyata keçirilməsi üçün sazişlər imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan İnvestisiyalar üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, Özbəkistan nümayəndə heyətinə Baş nazirin müavini, İnvestisiyalar üzrə Dövlət Komitəsinin sədri Suxrob Xolmuradov başçılıq edib. Biznes foruma Almaniyanın 234 şirkət və bankının 300-dən çox nümayəndəsi qatılıb.

Sazişləri imzalayan qurumlar arasında neft-qaz, neft-kimya, energetika sahələrində Almaniyanın “ThyssenKrupp”, “Linde”, “Takraf”, “Siemens”, əczaçılıq üzrə “Opasko”, “Axo”, “Fresenius Medical Quarter”, kənd təsərrüfatı və tikinti materialları sahələrində “DEMKKEY Baby”, “New Technology”, “Plaza Hotel”, “Rims Hotels and Resorts” şirkətləri var. “Deutsche Bank”, “Commerzbank”, “Landesbank”, “KfW”, “Aka Bank” bankları Özbəkistan kommersiya bankları ilə ölkədə həyata keçirilən layihələrə kredit qoyuluşu ilə bağlı razılıq əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru