"Əsil zillət Bozqurd işarəsini tutmaq üçün izn istəməkdir" - Meral Akşener
16-01-2019, 15:31
İYİ Partiya sədri Meral Akşener partiyanın qrup toplantısında bələdiyyə seçkilərində partiyanın namizədi olan şəxləri bir-bir kürsüyə dəvət edib.
Sozcu.az -ın xəbərinə görə, iclasda maraqlı anlar yaşanıb. Meral Akeşenerin kürsüyə dəvət etdiyi namizədlərdən bəziləri partiya üzvlərini "bozqurd" salamı ilə salamlayıb. Akşener, "fərqindəsinizmi, məndən izn almadl deyərək iclas iştirakçılarına səslənib.
Akşener çıxışının sonunda MHP-yə təpki göstərərək bunları deyib:
Əsil zillət bilirsinizmi nədir?
Əsil zillət, türk millətinin minlərlər illik dəyəri , qiyməti olan Bozqurt işarəsini tutmaq üçün "Türk milliyətçiliyini ayaqlar altına alanlardan izn almaqdır...!" Bozqurt bir siyasi partiya simvolu deyil. Bozqurd simvolu sağçısıyla-solçusuyla, doğusuyla-batısıyla Böyük Türk Millətinin simvoludur.
Atatürkün bastırdığı paradan, cümhuriyyətin ilk heykəllərindən tutmuş hər yerdə bunun iizi vardır. Bozqurd Ergenekondan çıxarkən birilərindən iznmi istədi? Alparslan Türkeş və Əbülfəz Elçibəy Bozqurd işarəsi tutmaq üçün kimdənsə icasə istədimi?
Türk millətinə şirin görünmək üçün seçim avtobusunda Bozqurd işarəsi tutarkən sənə sordumu da, indi sən ondan izn istəyirsən?
Afrin yolalrında "Kızılalma"ya gedirik deyərək şəhadətə yürüyən aslanlar birilərindən izn istədimi ki, sən izn istiyirsən?
Əsil zillət budur...!
Bozqurd kimsədən izn almaz... Yabançılar bu üzdən Mustafa Kamala Bozqurd demişdir".
İYİ partiya sədri Meral Akşener çıxışında başqa siyasi təşkilatlara da mesaj ünvanladı:
AK partiyalı qardaşlarıma səslənirəm! MHP -li qardaşlarıma səslənirəm! Səadət Pariyasında olan qardaşlarıma səslənirəm! Demokrat Partiyasında olan qardaşlarıma səslənirəm! Bozqurd hamımızındır. Kimsədən izn istəməyin!
Əsil zillət azadlığın simvolu olan Bozqurd işarəsini tutmaq üçün kimdənsə izn istəməkdir. Bozqurd özgürlükdür, baş əyməməkdir, dirənməkdir! Və Bozqurd işarəsi tutmaq üçün yaraşır bir duruşa sahib olmaq lazımdır. Allah Bizə yar olsun, Türkün özü var olsun!
Xatırladaq ki, MHP -li namizəd Refik Kurukız AKP -nin düzənlədiyi toplantıda Ərdogandan "Bozqurd işarəsi tuta bilərəmmi" - deyərək ondan izn istəmişdir.