Ankarada mebel fabrikində yanğın: 5 suriyalı ölüb

17-01-2019, 07:42           
Ankarada mebel fabrikində yanğın: 5 suriyalı ölüb
Türkiyənin paytaxtı Ankarada mebel fabrikində baş verən yanğın nəticəsində 5 suriyalı həlak olub.

Trend-in məlumatına görə, 4 mərtəbəli binada baş verən yanğının səbəbləri məlum deyil, yanğın barədə müvafiq qurumlara şahidlər xəbər edib.

Xilasedicilər binada olan bəzi insanları xilas edə bilib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

DİN başçısı Mehmet Ersoyun sözlərinə görə, yanğın 18:00 radələrində baş verib: "Yanğın nəticəsində 5 suriyalı qardaşımız həlak olub. Onlardan üçünün şəxsiyyətinin müəyyən etmək mümkün olub, digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlər aparılır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru