Məhkəmə arvadını döyən kişini rəsmən “sındırdı”

17-01-2019, 08:09           
Məhkəmə arvadını döyən kişini rəsmən “sındırdı”
Kişi nəzarətli azadlıq çərçivəsində verilən cəzalarla bağlı 6 ay məhkəməyə hesabat təqdim ediləcək

Türkiyə məhkəməsi həyat yoldaşına qarşı zorakılıq tətbiq edən kişiyə maraqlı bir cəza verib.

Sputnik Türkiyə xəbər verir ki, məhkəmənin qərarına görə, kişi üzərində "Boz ayılar bir sığırı tək zərbə ilə öldürmək gücünə malikdir. Amma bu güclərini dişilərinə qarşı istifadə etməzlər" yazılmış və ayı şəkli olan kiçik elanlar paylayacaq.

Bununla yanaşı, kişiyə 15 ədəd şam ağacı əkmək, 6 ay bu ağaclara baxmaq və 1 il müddətində hər həftə həyat yoldaşını axşam yeməyinə aparmaq cəzası verilib.

Kişi nəzarətli azadlıq çərçivəsində verilən cəzalarla bağlı 6 ay ərzində məhkəməyə hesabat təqdim ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru