Tələbə kirayə pulu verməmək üçün özünü öldürdü

19-01-2019, 07:37           
Tələbə kirayə pulu verməmək üçün özünü öldürdü
Şimali Kipr Türk Cümhuriyyətində faciəvi hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, tələbə oğlan qorxudan ölüb.

Belə ki, o, dostları ilə birlikdə yaşadıqları kirayə evinin pulunu ödəyə bilməyib. Oğlan hər an ev sahibinin gəlib pulu tələb edəcəyincən qorxub. Ev sahibi gəlib qapını döyən zaman 21 yaşlı David Afih ev sahibinin onu evdən qovacağından qorxduğu üçün ikinci mərtəbədən tullanaraq qaçmaq qərarına gəlib. O, tullanan zaman yıxılıb və xəsarət alıb. Həkimlər ona tibbi yardım göstərsə də 21 yaşlı tələbə David Afihin həyatını xilas etmək mümkün olmayıb. O aldığı xəsarətdən ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru