Səddamın düşərgəsi PKK-ya verildi - ABŞ Türkiyəyə qarşı

19-01-2019, 17:24           
Səddamın düşərgəsi PKK-ya verildi - ABŞ Türkiyəyə qarşı
PKK terror təşkilatı Qəndil, Mahmur və Sincardan sonra İraqda dördüncü böyük düşərgəsini qurmağa hazırlaşır.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ bundan əvvəl Xalq Mücahidləri təşkilatının istifadə etdiyi düşərgəni PKK üçün yenidən qurmağı planlaşdırır.

Məlumdur ki, keçmiş İraq prezidenti Səddam Hüseyn 1986-cı ildə İran müxaliflərindən formalaşdırılmış Xalq Mücahidləri üçün nəhəng düşərgə qurmuşdu. Diyala vilayətində yerləşən Əşrəf düşərgəsində təşkilata hərbi-siyasi təlimlər keçirilirdi. Təşkilat PKK-ya qarşı radikal mövqeyi ilə də tanınırdı.

2013-cü ildən sonra düşərgəyə nəzarət ABŞ-a keçdi. Məlumata görə, bu ayın əvvəlindən Həşdi-Şabi birləşmələrini bölgədən uzaqlaşdıran ABŞ PKK silahlılarını düşərgədə yerləşdirməyə başlayıb.

İraq Silahlı Qüvvələrinin keçmiş zabiti, general Əbdüssalam Cəsim Türkiyə KİV-ə açıqlamasında bu barədə yayılan məlumatları təsdiq edib.

2013-cü ildə keçirilən hərbi əməliyyatda PKK-nın ABŞ-a dəstək verdiyini bildirən general qeyd edib: "Bir müddətdir fəaliyyətsiz qalan düşərgə PKK üçün hazırlanır. Terror təşkilatı bu düşərgədə yerləşərək, nüfuz dairəsini İraqın mərkəzi bölgələrinə qədər genişləndirə biləcək.

Beləliklə, ABŞ PKK-nı Türkiyənin ehtimal edilən hərbi əməliyyatlarından müdafiə edəcək".

İraqlı general Əşrəf düşərgəsinin PKK terrorçularının Suriyadan İrana daşınması üçün dəhliz rolunu oynadığını da iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru