Stalin dövrünə aid xəzinə tapıldı: Sikkələr, zinət əşyaları...

20-01-2019, 16:40           
Stalin dövrünə aid xəzinə tapıldı: Sikkələr, zinət əşyaları...
Daşkənddə köhnə binalardan birinin zirzəmisində 80 il bundan əvvəl yoxa çıxmış xəzinə tapılıb.

Axar.az xəbər verir ki, zirzəmidə qazıntı işləri aparan Özbəkistan Dövlət Universitetinin alimləri xəzinənin dəyərinin bir milyon dollardan artıq olduğunu bildirib.

Alimlərin fikrincə, 1870-ci ildə binanın daha bir bölməsi olsa da, sonradan girişi dağılıb. Buna görə də bu müddət ərzində heç kim buranın mövcudluğundan xəbər tutmayıb.

Buradan qızıl və gümüş sikkələr, qablar, şəkillər, zinət əşyaları, Knyaz Romanovun 1918-ci ildə Daşkənddəki sarayındakı kolleksiyasından eksponatlar və Stalin repressiyası qurbanlarına aid predmetler tapılıb. Hazırda bütün unikal tapıntılar muzeylərə təhvil verilir, illər ərzində zərər görmüş eksponatlar isə Almaniya və Polşadakı restavratorlara göndəriləcək.

Tapıntılar arasında ən nadiri isə Avstriyada istehsal edilmiş qızıl mikroskop olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru