Bu hücumlar Türkiyəyə imkan verir ki... - Rus ekspert

22-01-2019, 09:34           
Bu hücumlar Türkiyəyə imkan verir ki... - Rus ekspert
Suriyanın Afrin şəhərində terror aktının törədilməsi Türkiyə rəhbərliyinin əməliyyat keçirmək istəyini haqlı çıxardı.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Kirill Semyonov çıxış edib.

"Bu adamların şəhərlərdə terror aktları törətməsi onları ötən həftə Menbiçdə ABŞ əsgərlərini hədəf alan İŞİD-lə yaxınlaşdırır. Bu səbəbdən əməliyyatı sürətləndirmək üçün Türkiyə hakimiyyəti daha çox dəstək alır. Əməliyyatın qarşısını almağa çalışan tərəf bu məsələdə çox çətinlik çəkəcək, çünki Afrindəki yeraltı hücrələr aktiv şəkildə hərəkət edir və bunların nəticəsində Türkiyə əsgərləri həlak olur, suriyalılar da itki verir. Afrində və Suriya ordusunun nəzarətində olan ərazilərdə bu cür xain hücumlar əməliyyatı həyata keçirmək məsələsində Türkiyəyə kartını açıq təqdim etməyə imkan yaradır", - Semyonov qeyd edib.

Qeyd edək ki, yanvarın 20-də Afrində valilik binasında törədilən partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru