Ərdoğanla Putinin görüşü başladı

23-01-2019, 20:22           
Ərdoğanla Putinin görüşü başladı
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşdən əvvəl dövlət başçıları jurnalistlərə qısa açıqlamalar veriblər.

Hər iki tərəf Kerç boğazındakı gəmi qəzası nəticəsində Türkiyə vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı veriblər. Türkiyə Prezidenti iki ölkə arasında turizm və ticarət əlaqələrinin inkişaf etdiyini, Rusiya dövlət başçısı isə türkiyəli həmkarı ilə mütəmadi təmaslarının ölkələr arasındakı əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Prezidentlərin görüşündən sonra geniş tərkibdə aparılacaq danışıqlar əsnasında iki ölkə arasındakı münasibətlərlə yanaşı, Suriyadakı vəziyyət başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər ətrafında müzakirələrin aparılacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru