Antalya limanında fırtına: avtobusları aşırdı - Anbaan video

26-01-2019, 17:37           
Antalya limanında fırtına: avtobusları aşırdı - Anbaan video
Antalyada fırtına hava limanında qəzaya səbəb olub.

Axar.az xəbər verir ki, 133 kilometr/saat gücündə olan fırtına iki avtobus, bir minibus və iki nərdivanı devirib, bir təyyarə və bir polis vertolyotunun pərvanəsi zədələnib. İnsident nəticəsində ümumiklikdə 12 nəfər yaralanıb.

Antalya rəsmiləri güclü fırtına ilə əlaqədar məlumat yayıblar. Belə ki, vətəndaşlara məcburiyyət yaranmayacağı təqdirdə evdən çölə çıxmamaq tövsiyə edilib.

Fırtına şəhərin bir sıra yerlərində ağacları aşırıb, bəzi yerlərdə elektrik enerjisi kəsilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru