Türk ordusu vurdu: İraqdan gözlənilməz reaksiya

28-01-2019, 08:48           
Türk ordusu vurdu: İraqdan gözlənilməz reaksiya
İraq Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldıza TSQ-nin PKK-nı hədəf alan əməliyyatlarına görə narahatlıq duyduqlarını bildirib.

Axar.az xəbər verir ki, səfir görüş zamanı türk ordusunun məhz PKK-nın xain hücumundan sonra bu əməliyyatı gerçəkləşdirdiyini söyləyib.

Fatih Yıldız bildirib ki, İraq Türkiyəni təxribata çəkən PKK-ya qarşı lazımı tədbirləri görməlidir.

“Əgər İraq bunu edə bilməsə, Türkiyə PKK-ya qarşı əlindən gələni edəcək”, - səfir bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin İraqın şimalında yerləşən hərbi bazasına PKK tərəfindən hücum təşkil edilib. Türk ordusu cavab olaraq İraqın şimalındakı terrorçu hədəflərini bombalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru