Siqaret çəkənlərə BƏD XƏBƏR: bu vəzifələrdə işləyə bilməyəcəklər

28-01-2019, 09:20           
Siqaret çəkənlərə BƏD XƏBƏR: bu vəzifələrdə işləyə bilməyəcəklər
Bu il Türkiyədə həcc və ümrə ziyarətlərinin təşkilində siqaret çəkməyən din səlahiyyətlilərə üstünlük veriləcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş bildirib.

“Daha sonrakı illərdə siqaretdən istifadə edənlər imtahanlara belə girə bilməyəcək. Bəlkə, daha sonrakı mərhələlərdə din vəzifələri üzrə imtahanlarda siqaret çəkənlər seçilməyəcək. Buna çox əhəmiyyət verirəm”, - o deyib.

Diyanət İşləri Başqanı siqaretin əsrin fəlakətləri arasında yer aldğını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru