Türkiyənin İzmir şəhərinin Ulukənd Sənaye Zonasında neylon və kağız emalı müəssisəsində güclü yanğın baş verib.
Axar.az xəbər verir ki, qısa zamanda ətrafı bürüyən yanğın avtomobil ehtiyyat hissələri, mebel və plastik istehsalatı məşğul olan təsisatlara da keçib.
Əraziyə onlarla yanğınsöndürən cəlb edilib. Alovların onlarla km uzaqlıqdan göründüyü deyilir.