ABŞ Türkiyəni buna görə qurban vermək istəyir - Ekspert

30-01-2019, 08:42           
ABŞ Türkiyəni buna görə qurban vermək istəyir - Ekspert
Vaşinqton yenidən təsir dairəsinə almaq istədiyi Türkiyəni bölgədəki hədəfləri üçün qurban verməyə məcbur etmək istəyir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı siyasi ekspert Andrey Çuprıqin çıxış edib.

"ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kotsun açıqlamaları yalnız Türkiyə ilə bağlı deyil, eləcə də Rusiya və Çinlə də əlaqəsi var. Bu ölkələr guya ABŞ-a inad olsun deyə bütün dünyada stabilliyi pozur. Kotsa görə, yalnız ABŞ dünyaya sabitlik gətirir. ABŞ hazırda Türkiyə ilə bağlı fəal bir xüsusi siyasət aparır. Məqsəd bu ölkəni ABŞ-ın Yaxın Şərq strategiyası çərçivəsində ortaq yola gətirməkdir. Amerikalılar Ankaranın müstəqil siyasət aparmasına çox əsəbiləşir. Ankara haqlı olaraq Yaxın Şərq regionunda öz maraqlarını müdafiə edir və bu maraqlar ABŞ-ın maraqlarından daha güclü təmələ malikdir", - Çuprıqin qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru