Həbsdə olan partiya sədrinin Nobel Sülh mükafatına namizədliyi irəli sürüldü
2-02-2019, 18:11
Türkiyədə həbsdə olan partiya sədrinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Azeronews.com-un məlumatına görə İsveçin Sosial-Demokratlar partiyasından olan millət vəkili Thomas Hammarberg PKK terror təşkilatına yaxınlığı ilə bilinən və 2016-cı ildən həbsdə olan Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaşın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb.
Məlumat üçün bildirək ki, S.Demirtaş 4 noyabr 2016-cı ildən HDP-li 9 millət vəkili ilə birlikdə “terror təşkilatına üzv olmaq”, “silahlı terror təşkilatına üzv olmaq”, “təşkilat adına cinayət törətmək” iddiaları ilə həbs olunaraq, Ədirnədəki cəzaçəkmə müəssisəsində saxlanılır.
Qeyd edək ki, Nobel Sülh mükafatı hər il dekabr ayının 10-da Norveçin Oslo şəhərində təqdim olunur.