İsraildən türklərə şok: Yalnız ildə 1 dəfə…

3-02-2019, 10:14           
İsraildən türklərə şok: Yalnız ildə 1 dəfə…
İsrail Türkiyə vətəndaşlarının Qüdsü ildə bir dəfədən çox ziyarət etmələrini və yaşı 18-dən aşağı olan türk vətəndaşlarının valideynsiz şəhərə girişini qadağan edib.

Teleqraf.com xəbər verir ki, “Burak” Müqəddəs Məkanları Tanıtma və Mədəniyyət Dərnəyinin rəhbəri Adəm Yenihəyat 2018-ci ildə Qüdsdə yaşanan proseslərlə bağlı yazılı açıqlama ilə çıxış edib.

Açıqlamada bildirilib ki, Qüdsdəki Məscidi-Aksanın içərisində Türkiyə bayrağının açılması da qadağan olunub.

İsrail tərəfi Türkiyə vətəndaşlarının Qüdsə səfərlərinin artmasından narahat olduğu üçün belə bir qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru