Türkiyə və Suriya kəşfiyyat orqanları arasında aşağı səviyyəli əlaqələr mövcuddur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriya ilə xarici siyasətimiz aşağı səviyyədə davam etdirilir. Kəşfiyyat “Liderlərimiz belə edirsə (danışıqlardan imtina nəzərdə tutulur - red.), biz də elə etməliyik” prinsipi ilə çalışmır”, - deyə dövlət başçısı bildirib.