Türkiyədə üç təhlükəli terrorçu həbs olunub –Uzun müddət saxta şəxsiyyət vəsiqəsindən istifadə edibmiş

4-02-2019, 10:12           
Türkiyədə üç təhlükəli terrorçu həbs olunub –Uzun müddət saxta şəxsiyyət vəsiqəsindən istifadə edibmiş
Türkiyənin Mersin Baş Prokurorluğunun qərarı ilə həbs olunan PKK/KCK terror təşkilatının aparıcı simalarından olan Davut Baghestaninin istintaq işi nəticəsində məlum olub ki, bu şəxs uzun müddət Canbulut Turgaya məxsus saxta şəxsiyyət vəsiqəsindən istifadə edib.

AZƏRTAC xəbər verir ki, Davut Baghestaninin PKK ilə xarici qüvvələr arasında vasitəçiliyi, eyni zamanda, Suriyada fəaliyyət göstərən YPG/PKK terror təşkilatları ilə əlaqəsi sübut edilib.

Digər bir rəsmi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda DHKP/C terror təşkilatının fəal üzvlərindən olan Hatice Ruken Kılıç ilə Serkan Örsü həbs ediblər. Terrorçuların həbs edildikləri evdən 1 tapança, çox sayda sursat və terror aktlarında istifadə olunan digər ləvazimatlar götürülüb.

Hatice Ruken Kılıç ve Hatice Aşık 2015-ci il avqustun 10-da ABŞ-ın İstanbulun Sarıyer rayonunda yerləşən Baş konsulluğuna hücum etməkdə təqsirli biliniblər. Həmin hadisədə Hatice Aşık yaralı ələ keçmiş, Hatice Ruken Kılıç isə qaçmışdır.

Hatice Ruken Kılıç Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu qismmində axtarış olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru