VIII əsrə aid Bibliyanın Türkiyədən çıxarılmasının qarşısı alınıb

6-02-2019, 07:34           
VIII əsrə aid Bibliyanın Türkiyədən çıxarılmasının qarşısı alınıb
Türkiyə polisi Diyarbəkir əyalətinin Kayapınar rayonunda bir qrup qaçaqmalçını saxlayıb. Onların üzərinə baxış zamanı VIII əsrə aid olduğu ehtimal edilən Bibliya aşkar edilərək götürülüb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, saxlanılan 3 nəfər Bibliyanı satmaq məqsədi ilə ölkə xaricinə aparmaq istəyib.

Polis onların dindirilməsindən sonra unikal kitabın satışına cəhddə əli olan daha 3 nəfəri yaxalayıb.

Bildirilir ki, 1200 yaşı olan Bibliya dəri üzə və qızıl basmanaxışa malikdir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.