Bu bölgəyə TURİST AXINI - Bir ayda 123 min 244 nəfər

6-02-2019, 07:47           
Bu bölgəyə TURİST AXINI - Bir ayda 123 min 244 nəfər
Türkiyənin Pəribacaları, Qaya kilsələri, yeraltı şəhər məskunlaşmaları və bir sıra digər tarixi yerləri ilə tanınan, ən əhəmiyyətli mədəniyyət və turizm mərkəzlərindən olan Kapadokyanı bu ilin ilk ayında 123 min 244 yerli və xarici turist ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Nevşəhər valiliyinin yaydığı məlumata görə, Kapadokyaya gələn turistlərdən 56 min 807-si “Görəmə” açıq səma altında muzeyini, 26 min 970-i “Qaymaqlı” yeraltı şəhərini, 18 min 748-i isə “Dərinquyu” yeraltı şəhərini ziyarət edib.

Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə Kapadokyaya 102 min 540 yerli və xarici turist gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.