Taksi sürücüsü ŞOK YAŞADI: "Xanım, nə olar..."
6-02-2019, 12:46
Türkiyə Bursada mindiyi taksinin sürücüsünü şok cihazı ilə zərərsizləşdirdikdən sonra boğazına bıçaq dayayıb qəsb etdiyi iddia edilən S.D. Osmangazi Körpüsündə yaxalanıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, taksi sürücüsü Barbaros Temel deyib: "Əl əyləcini çəkmədən əvvəl şok cihazı ilə mənə müdaxilə edib. Bu təmasla kütləşdim."
Qəsb cəhdi Bursanın mərkəz Yıldırım Rayonunda gecə saatlarında baş verib. Müştəri kimi mindiyi 16 T 0701 nömrəli taksiyə, hara gedəcəyini deməyən S.D, bir müddət yolu seyr etdikdən sonra taksi sürücüsü Barbaros Təmələ İstanbula gedəcəyini söyləyib.
Taksi sürücüsünün "İstanbula getmək üçün şefimlə məsləhətləşməyim lazımdır, üzərimdə benzin pulu yoxdur" deməsi üzərinə, qadın cibindən çıxardığı şok cihazıyla sürücünü təsirsiz hala gətirməyə çalışıb.
Oğrunun ardınca maşından enən sürücünün "xanım, etməyin" sözlərinə əhəmiyyət verməyən şübhəli, Təməlin boğazına bıçaq dayayaraq söyüşlər söyüb. Birdən taksi sürücünə təpik ataraq yolun ortasına salan oğru, fürsətdən istifadə edərək maşına minib və Bursa-İstanbul avtomagistralında hərəkət etməyə başlayıb.
Taksi sürücüsünün şikayəti üzərinə maşını təqibə alan polis dəstələri maşının İstanbul yolunda olduğunu müəyyən edib.
30 dəqiqəyə qadın saxlanılıb.