XİN: Türkiyənin fransız siyasətçilərindən öyrənəcəyi bir şey yoxdur

7-02-2019, 07:33           
XİN: Türkiyənin fransız siyasətçilərindən öyrənəcəyi bir şey yoxdur
Türkiyənin təkəbbürlü fransız siyasətçilərindən öyrənəcəyi bir şey yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

Aksoy qeyd edib ki, 1915-ci il hadisələri, hüquqi, tarixi və akademik diskussiyalar predmeti olmaqla, başda ölkə prezidenti olmaqla Fransa hakimiyyətinə "dəfələrlə izah olunub": "Buna baxmayaraq, Fransa Prezidenti Makron tarixi faktlara, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Fransanın Konstitusiya Məhkəməsinin qərarlarına məhəl qoymayaraq erməni seçicilərin səslərini almaq məqsədi ilə verdiyi sözü yerinə yetirməyə çalışır".

XİN nümayəndəsi deyib ki, Türkiyə bu hadisələrin araşdırılamsına və bunun üçün birgə komissiyanın yaradılamsına böyük əhəmiyyət verir.

"Türkiyənin tarix üzrə baza bilikləri olmayan, Əlcəzairdə kütləvi qətllərə, Ruandada soyqırıma görə cavabdeh olan təkəbbürlü fransız siyasətçilərindən öyrənəcəyi bir şey yoxdur", - deyə Aksoya əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.