Ərdoğanın sözçüsü:"Fransa dövlət başçısının qərarı siyası yalandır"

7-02-2019, 07:45           
Ərdoğanın sözçüsü:"Fransa dövlət başçısının qərarı siyası yalandır"
“Erməni soyqırımı” tarixi gerçəkliklə ziddiyyət təşkil edən, əsassız siyasi yalandır”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 1925-ci ildə Osmanlı dövlətindəki hadisələrlə bağlı rəsmi Ankaranın ünvanına edilən hücumlara açıqlamasında vurğulayıb.

“Türkiyə bu sayaq yalanları qəbul etmir”, – deyə İbrahim Kalın qeyd edib.

Prezidentin sözçüsü bildirib ki, rəsmi Ankara Fransa Prezidenti Emmanuel Makronun aprelin 24-nün “erməni soyqırımı günü” kimi qeyd olunması haqqında qərarını mühakimə edir: “Makronun tarixi gerçəklikləri siyasi ambisiyasının xeyrinə təhrif etməsi yolverilməzdir. Tarixi hadisələr siyasi alət olmamalıdır”.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nün ölkəsində qeyd olunması barədə qərar qəbul edib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru