"CNN Türk"ün aparıcısı Büşra Sanay sosial şəbəkədə ona göndərilən seksual xarakterli videolarla bağlı məhkəməyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədəki hesabında məlumat paylaşıb. . "Mənə göndərilən seksual xarakterli video, foto, emaillər üçün məhkəməyə müraciət etmişəm", deyən aparıcı qeyd edib ki, əxlaqsızlığa qarşı təkbaşına mübarizə aparmaq gücündə deyil: "Artıq onların tərəf müqabili məhkəmə olacaq".