75 yaşlı kişi Ərdoğanı təhqir etdi: GÖRÜNMƏMİŞ CƏZA - FOTO

11-02-2019, 12:41           
75 yaşlı kişi Ərdoğanı təhqir etdi: GÖRÜNMƏMİŞ CƏZA - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddia olunan 75 yaşlı Əli Şahin haqqında istintaq əməliyyatları başladılıb.

"Posta.az" xəbər verir ki, vətəndaş sorğuya çəkilib və bu zaman haqqında qaldırılan iddiaları təkzib edib.

Lakin prokurorluq ona olduqca qəribə və nadir bir cəza verib. Belə ki, Əli Şahin bədii kitablar oxuyacaq və bu kitabların qısa xülasəsini çıxaracaq.



Ona verilən siyahıda 24 kitab yer alıb. Siyahının ilk sırasında Ömər Seyfəddinin müəllifi olduğu kitaba yer verilib. Bundan başqa, Nəcib Fazil Qısakürək, Lev Tolstoy, Corc Oruell, Turqay Gülər, Faruq Kösə, Əbdülqadir Səlvinin kitabları da siyahıda olub. Həmçinin Mustafa Kamal Atatürkün “Nutuk” əsəri də oxunanlar sırasına daxil edilib.

Qərar haqqında fikirlərini bölüşən Əli Şahin bildirib ki, vəkili qərara etiraz etsə də, o, kitabları qısa müddətdə tapıb oxumağa başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru