Hollandiyada türkü evinin qarşısında güllələdilər

11-02-2019, 20:55           
Hollandiyada türkü evinin qarşısında güllələdilər
Hollandiyada yaşayan türk evinin qarşısında güllələnib. AzEuroNews.com xəbər verir ki, hadisə Oss şəhərində qeydə alınıb. Belə ki, Hakan Zatsan adlı türk səhər saatlarında evinin qarşısındakı dayancaqdan avtomobilinə yaxınlaşan zamanı naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Silah səsinə hadisə yerinə qaçan qonşuları dərhal polisə və təcili yardım məlumat veriblər.

Bədəninin müxtəlif yerindən 4 güllə yarası alan H.Zastanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Oss şəhər Polis İdarəsində araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru