"Kedicik"dən ŞOK AÇIQLAMA: "Adnan Oktar həbsxanadan qaçmaq üçün..."

12-02-2019, 08:17           
"Kedicik"dən ŞOK AÇIQLAMA: "Adnan Oktar həbsxanadan qaçmaq üçün..."
Türkiyədə özünü din xadimi kimi təqdim edən, mütəşəkkil cinayətkar dəstə başçısı Adnan Oktarın yanında məcburi şəkildə saxladığı Beril Qoncagül adlı müridi mətbuata yaşadığı 9 illik əsarətdən danışıb.

Publika.az xəbər verir ki, istintaq əməliyyatları çərçivəsində saxlanılsa da, peşman olduğu üçün sərbəst buraxılan Beril Adnan Oktarın “kediciyi” olduğu zamanlarda robot kimi yaşadığını etiraf edib.

O bildirib ki, Adnan Oktar əsla həbsxanadan buraxılmamalıdır:

“Qadınları döyür, saçından tutub yerdə sürüyür. Onun istifadə etdiyi söyüşləri, həqarətləri heç yerdə eşitməmisiniz. Onun istismarından sonra azadlığımı həbsxanada tapdım. Təkrar yaşadığımı hiss etdim. Həbsxanadan çıxan kimi gəmiyə mindim. Onun yanından 5 dəfə qaçmağa cəhd göstərsəm də, bacarmadım. Adnan Oktar həbsxanadan qaçmaq üçün hər şey edər”-, Beril Qoncagül bildirib.

Qeyd edək ki, Adnan Oktar və müridləri mütəşəkkil cinayətkar dəstə qurmaq, azyaşlıların cinsi istismarı, cinsi təcavüz, şantaj, çirkli pulları yumaq, casusluq kimi cinayətlərdə ittiham edilir. İstintaq əməliyyatları çərçivəsində 187 nəfər saxlanılıb, onlardan 169-u həbs edilib. Adnan Oktarın şizofreniyanın ən ağır dərəcəsindən əziyyət çəkməsinə görə həbsdə qalıb-qalmayacağı dəqiqləşməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.