Türkiyəli müğənni Dadaşovanı məhkəməyə verdi

13-02-2019, 10:20           
Türkiyəli müğənni Dadaşovanı məhkəməyə verdi
Türkiyənin məşhur müğənnisi Deniz Seki azərbaycanlı ifaçı Səidə Dadaşovanı məhkəməyə verib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, D.Sekinin Dadaşovanı məhkəməyə verməsinin səbəbi onun "Hayat İki Bilet" adlı mahnısının oğurlanması olub.
Belə ki, türk sənətçi mahnısının icazəsi olmadan azərbaycanlı həmkarı tərəfindən səsləndirildiyini öyrənib.
"Mənəvi haqqlarıma təcavüz edildi" deyən Seki Dadaşovadan şikayətçi olub.
Araşdırma aparan İstanbul Sinai Tədqiqat Bürosu Dadaşovanın mahnını "ARB" kanalında oxuduğunu müəyyən edib. Ancaq prokuror Sekinin məhkəməyə müraciət etməsi lazım olduğunu və bunun cəza ilə nəticələnməyəcəyini vurğulayıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru