Üç sabiq Türkiyədə partiya qurur - Gözlənilməz gediş

14-02-2019, 09:45           
Üç sabiq Türkiyədə partiya qurur - Gözlənilməz gediş
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu digər sabiqlər - prezident olmuş Abdulla Gül və keçmiş iqtisadiyyat naziri Əli Babacanla siyasi partiya qurmağa hazırlaşdığı yönündə sualı cavablandırıb.

Teleqraf.com xəbər verir ki, bir konfransda jurnalistlərlə üz-üzə gələn Əhməd Davudoğlunun cavabı qeyri-müəyyən və müəmmalı olub: "Bir gün mətbuat konfransı keçirsəm istənilən məsələni soruşa bilərsiz. İndi konfransdayıq, sual mövzuya uyğun deyil..."

Qeyd edək ki, hər 3 şəxs - Əhməd Davudoğlu, Abdulla Gül və Əli Babacan hakim AKP-nin mühüm fiqurlarından hesab olunur.

Milliyyətçi Hərəkat Partiyasından qopub ayrıca İyi Partiya yaradan qrupun uğursuzluğundan sonra daha bir siyasi təşkilatın meydana atılacağı ehtimalı böyükdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru