Xaşoginin cəsədi Səudiyyə Ərəbistanı konsulluğunun sobasında yandırılıb

15-02-2019, 08:25           
Xaşoginin cəsədi Səudiyyə Ərəbistanı konsulluğunun sobasında yandırılıb
Səudiyyəli jurnalist Camal Xaşoginin cəsədi bu ölkənin İstanbuldakı baş konsulluğunun binasındakı sobada yandırıla bilərdi.

Virtualaz.org “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə polisi bu nəticəyə gəlib.

Məlum olub ki, diplomatik missiyanın binasındakı sobada temperatur 1000 dərəcəyə çatır və buna görə də, bioloji toxuma izlərini, o cümlədən DNT qalıqlarını aşkarlamaq qeyri-mümkündür.

Həmçinin məlum olub ki, Xaşoginin qətlindən sonra konsulluğun əməkdaşları restoranda 32 porsiya çiy ət sifariş ediblər.

Xatırladaq ki, rəsmi Ər-Riyadın ünvanına tənqidi yazıları ilə məşhur olan səudiyyəli jurnalist Camal Xaşogi ötən ilin oktyabr ayının 2-də İstanbulda Səudiyyə Ərəbistanının baş konsulluğunu ziyarət etdikdən sonra yoxa çıxıb. Bunun üstündən iki həftədən artıq vaxt keçdikdən sonra səudiyyə hakimiyyəti bildirib ki, jurnalist münaqişə nəticəsində konsulluğun binasında qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru