Ankarada 8 təhlükəli terrorçu həbs edildi

15-02-2019, 09:34           
Ankarada 8 təhlükəli terrorçu həbs edildi
Terrorçuların hamısı Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar.

Türkiyənin təhlükəsizlik qüvvələri Ankara şəhərində geniş antiterror əməliyyatı həyata keçirib.

Əvvəlcədən müəyyən olunan ünvanlarda aparılan əməliyyat-axtarış tədbiri nəticəsində 8 terrorçu həbs edilib.

Onlardan 7-si İraq əsilli İŞİD terrorçusu, biri isə HTŞ terror qrupuna mənsub suriyalıdır.

İlkin araşdırmada müəyyən edilib ki, terrorçuların hamısı Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar.(AZƏRTAC)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru