ABŞ Konqressi Türkiyəyə silah satışını qadağan etdi

15-02-2019, 15:53           
ABŞ Konqressi Türkiyəyə silah satışını qadağan etdi
ABŞ Konqressi xərclər haqında qanun layihəsini qəbul edib. Sənəddə Türkiyəyə silah satışına qadağa qoyulması ilə bağlı bəndlər də yer alıb. Azvision.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.
Qanun layihəsinin bir bəndi ABŞ dövlət katibi Mayk Pompeonun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təhlükəsizliyinə cavabdeh olan gözətçilərin 2017-ci ilin mayında Vaşinqtonda etirazçıları döydüyü barədə Konqressə məlumat verməməsi halında Ərdoğanın təhlükəsizlik xidmətinə silah satışını qadağan edir.

Sənədin digər bəndində isə qeyd olunur ki, Pentaqon (ABŞ Müdafiə Nazirliyi) Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasının mümkün nəticələri barədə hesabat təqdim etmədiyi müddətcə Türkiyəyə “F-35” qırıcı təyyarələrinin tədarükü qadağan ediləcək.

Amerikadakı həm erməni, həm də yunan diaspora və lobbi təşkilatları Konqressin bu qanun layihəsini qəbul etməsini alqışlayıblar. Sənəd imzalanması üçün ABŞ prezidenti Donald Trampa təqdim olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru