Məşhur aktrisanın hicablı qadınları təhqir etdiyi anın görüntüləri yayıldı — VİDEO

16-02-2019, 06:57           
Məşhur aktrisanın hicablı qadınları təhqir etdiyi anın görüntüləri yayıldı — VİDEO
Məşhur türkiyəli aktrisa Deniz Çakırın bir müddət öncə hicablı qadınları təhqir etdiyi anın görüntüləri yayılıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa getdiyi məkanlardan birində yan masada əyləşən hicablı qadınları "Burası Ərəbistandır? Nə gəzirsiniz burada” deyərək təhqir etmişdi.
Deniz Çakırın təhqir etdiyi qadınların şikayəti əsasında faktla bağlı cinayət işi açılıb. Artıq aktrisa məhkəməyə gedərək ifadə də verib. Məhkəmə Çakır haqqında "mənsub olduğu dinin əmr və qadağalarına uyğun davranmama” itihamı ilə araşdırmanın davam etdirilməsi barədə qərar verib.

Aktrisa hadisə ilə bağlı sosial mediadakı açıqlamasında faktların birtərəfli işıqlandırılmasının düzgün olmadığını vurğulayıb. O, xəbərlərin sensassiya kimi təqdim edilməsinin əleyhinə olduğunu bildirib. Deniz Çakır mətbuata vəzifə və haqqları ilə yanaşı məsuliyyətinin də olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru