Ətin qiyməti onun yaşına və cinsinə görə tənzimlənəcək

25-02-2019, 08:09           
Ətin qiyməti onun yaşına və cinsinə görə tənzimlənəcək
Ətin keyfiyyətinin müəyyənləşdirilməsi üçün müxtəlif kateqoriyalar təsbit edildi

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi bundan sonra ətin qiymətini fərqli tənzimləyəcək.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bundan sonra ətin qiyməti onun yaşına, cinsinə, yağlılığına görə tənzim ediləcək. Nazirliyin məlumatına əsasən, qəssabxanalarda xüsusi sertifikatlarla fəaliyyət göstərəcək şəxslər bu işi həyata keçirəcəklər. Məlumata görə, 8 aylıq heyvanın əti keyfiyyətinə görə A, B, C, D, E və Z olmaqla 6 kateqoriya ilə qiymətləndiriləcək. Bundan başqa yağlılıq səviyyəsinə görə də ət ayrıca olaraq qiymətləndiriləcək. Bu zaman isə ətin üzərində S (ən yüksək), E (mükəmməl), U (çox əla), R (əla), O (orta), P (pis) olaraq kateqoriyalar yazılacaq.

Məlumata görə illik 150 başadək heyvan kəsən kəsim mərkəzlərində bu kateqoriyaalr tətbiq olunmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru