Türkiyədə “fahişəlik şəbəkəsi” qurmuş azərbaycanlı qadın saxlanıldı

2-03-2019, 08:13           
Türkiyədə “fahişəlik şəbəkəsi” qurmuş azərbaycanlı qadın saxlanıldı
Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində qadınları fahişəliyə məcbur edən şəbəkə çökdürülüb.



Ekspress.az xəbər verir ki, “Sabah” qəzetinin yaydığı məlumata görə, şəbəkənin başçısı azərbaycanlı qadın S.M-dir. Onun şəbəkəsinin əcnəbi qadınları iş vədi ilə Türkiyəyə apardığı və daha sonra insan alverinin qurbanlarına çevirdiyi üzə çıxıb. Əməliyyat nəticəsində şəbəkənin 9 üzvü saxlanılıb.



İlkin istintaqda məlum olub ki, şəbəkə üzvləri öz aralarında gizli söhbət proqramı vasitəsilə əlaqə saxlayıblar və bir-birilərinə “dayı, bacı və fədai” deyə müraciət ediblər. Bundan başqa, müştərilər gələndə “yeni avtomobillər gəldi” deyə məlumat ötürüblər. (oxu.az)



Fahişəliyə məcbur edilən 10 əcnəbi qadın Türkiyədən deportasiya edilərək ölkələrinə göndəriliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru