Toy kortejində Türkiyə bayrağına qadağa – Almaniyada

4-03-2019, 17:18           
Toy kortejində Türkiyə bayrağına qadağa – Almaniyada
Almaniyada polis Türkiyə vətəndaşlarının toy kortejini saxlayıb. AzEuroNews.com xəbər verir ki, Bonna şəhərində baş verən hadisəyə səbəb kortejdə iştirak edən avtomobillərdən birinin arxa şüşəsindən Türkiyə bayrağının asılması olub. Korteji saxlayan alman polisi “Mercedes Benz” markalı avtomobildən bayrağın sökülməsini tələb edib. Bayraq söküldükdən sonra toy korteji yoluna davam edib.

Məlumat üçün bildirək ki, Almaniyada polis toy kortejlərini daim diqqətdə saxlayır. Çünki belə kortejlərdə iştirak edən avtomobillər yol hərəkəti qaydaları kobud pozmaqla yanaşı müxtəlif səs siqnalları ilə ətrafdakı insanları narahat edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru