Türkmən siyasətçiləri Kərkükə kürd qubernatorunun seçilməsinə etiraz ediblər

5-03-2019, 17:02           
Türkmən siyasətçiləri Kərkükə kürd qubernatorunun seçilməsinə etiraz ediblər
İraq kürdlərinin iki aparıcı partiyası ötən gün regional hökumətin təşkili və Kərkükə kürd qubernatorunun seçilməsi ilə bağlı anlaşıblar. Kərkük əyalətinin türkmən siyasətçiləri və parlament nümayəndələri buna etiraz ediblər.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, Kərkük Əyaləti Şurasının üzvü Əle Mehdi Sadiq əyalətə kürd qubernatorunun seçilməsinin qarşısını nə yolu ilə olursa olsun alacaqlarını bildirib.

Həmçinin Kərkükün Türkmən Xalq Partiyası da bəyanat yayaraq, iki kürd partiyasının bu anlaşmasını kəskin pisləyib və yenidən Kərkükdə qarşıdurmanın yaranmasını həyata keçirən təxribatçı addımlarla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ötən gün Ərbildə Kürdüstan Yurdsevərlər Birliyi və Kürd Demokrat Partiyasının liderləri bir araya gələrək regional hökumətin təşkili və Kərkükün qubernatorluğu ilə bağlı anlaşıblar.

Qeyd edək ki, 2017-ci ilin payızında Kürdüstan Regional Hökuməti rəhbərliyinin istiqlaliyyətlə bağlı referendum keçirmə cəhdindən sonra İraq Ordusu, Federal Polis və Haşd-Şabi hücuma keçərək (bəzi bölgələr dinc yolla nəzarətə götürülüb) Kərkük şəhəri və əyalətin mühüm qismini Peşmərgənin nəzarətindən çıxarmışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru