Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

6-03-2019, 07:32           
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Respublikasına səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şentopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Qeyd edək ki, Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru