PKK üzvü Bakıdan neçə qaçmaq istəyib? - özünü suriyalı kimi təqdim edib...

7-03-2019, 14:33           
PKK üzvü Bakıdan neçə qaçmaq istəyib? - özünü suriyalı kimi təqdim edib...
Bakıda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Türkiyə səfirliyinin, Ədliyyə Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri təqdimatın təqdim edilməsini istəyiblər. Duman Özgür də ölkəsinə göndərilməsini istəyib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqdimat təmin edilib və Duman Özgürün ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar elan edilib.

Məlumata görə, Duman Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək həbs edilib. 7 il 6 ay həbsdə qalan Duman Özgür yenidən eyni əməllər törətməkdə davam edib.

Axtarışda olan Duman Özgür Türkiyədə Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib.

Bundan sonra Türkiyə Duman Özgürü beynəlxalq axtarışa verib.

Azərbaycana gələn Duman Özgür Dövlət Miqrassiya Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və həbs edilib.

Məlumata görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru