Türk ordusu İdlibə girdi – Video

9-03-2019, 12:14           
Türk ordusu İdlibə girdi – Video
Türk ordusu İdlibdə patrul fəaliyyətinə başlayıb. Bölgədən ilk görüntülər artıq mediaya sızıb.

Teleqraf.com xəbər verir ki, türk əsgərləri İdlibdə böyük coşqu ilə qarşılanıb.

Əllərində türk bayraqları tutan yerli əhali türk əsgərlərinin gəlişinə sevincini müxtəlif formalarda izah ediblər.

Qeyd edək ki, türk ordusu Soçi prosesinə uyğun olaraq İdlibin təhlükəsizlik zonaya çevrilməsi çərçivəsində patrul fəaliyyətinə başlayıb.

Ordu əsasən İdlibin şimalından Hələbin cənubuna uzanan xətdə mövqe tutacaq. İlkin fəaliyyət uğurla başa çatdırılıb.

Astana razılaşması çərçivəsində İdlib təhlükəsizlik zonasında türk ordusunun 12, rus ordusunun isə 10 gözətçi postu mövcuddur.

Türk askeri İdlib'de coşkuyla karşılandı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.